Sumqayıtda gələn ilin 1-ci yarısında 2 müəssisə təhvil vərilcək

Total
0
Shares
Foto scip az
Foto scip az

Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulmuş 2 müəssisənin tikintisi başa çatmaq üzrədir. Bu haqda bu gün, 7 dekabr tarixində İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, investisiya dəyəri 6 milyon ABŞ dolları olan “Azərsulfat” MMC-də (sulfat turşusu istehsalı) Çin texnologiyalarından, dəyəri 12 milyon ABŞ dolları olan “Glassica” QSC-də (şüşə tara məhsullarının istehsalı) isə Almaniya texnologiyalarından istifadə olunacaq.

Qeyd edək ki, “Glassica”da tikinti-quraşdırma işlərinin 75%, “Azərsulfat”da isə 60% başa çatıb. Həmin müəssisələrdə 200-dən çox daimi iş yerinin açılması nəzərdə tutulur. Hər 2 müəssisənin gələn ilin 1-ci yarısında istifadəyə verilməsi planlaşdırılır.