Sumqayıtda “Gənc kadr” adlı təcrübə proqramına start verilir

Total
0
Shares
Foto gikm-fb
Foto gikm-fb

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Sumqayıt nümayəndəliyi “Gənc kadr” təcrübə proqramına start verir. Bu barədə GİKM məlumat yayıb.

14-29 yaş arası gənclər təcrübə proqramında 4istiqamət üzrə iştirak edə bilərlər:

  • ictimaiyyətlə əlaqələr və sosial media işinin təşkili;
  • tədbirlər və layihələr işinin təşkili;
  • təlim-tədris işinin təşkili;
  • könüllülərlə işin təşkili.

3 ay davam edən proqramı uğurla tamamlayan gənclər sertifikatlar ilə təltif ediləcəklər.

Maraqlanan şəxslər 11 noyabradək qeydiyyat formu vasitəsilə müraciət edə bilərlər: https://gikm.az/tecrube-proqramlari/ .