Sumqayıtda “Gənc Mühəndislər Laboratoriyası” adlı layihəyə start verilib. Burada ümumilikdə 150 nəfər iştirakçı olmaqla 5 təlimin keçirilməsi nəzərdə tutulub. Bu barədə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi məlumat yayıb.
29 oktyabr tarixində Gənclər Fondunun XV qrant müsabiqəsi çərçivəsində “Gənc Mühəndislər Laboratoriyası” layihəsinin açılışı baş tutub. Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində keçirilən birinci təlimdə 30 nəfər iştirak edib. Təlimin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb, onlara buklet və sertifikatlar təqdim edilib.
Layihənin məqsədi gənclərə alqoritmik düşüncə, məntiq və proqramlaşdırmanın əsaslarını öyrətməkdir.