Sumqayıtda “Gənc Qalib” adlı hərbi-idman yarışı keçirilib

Total
0
Shares
Foto Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Facebook səhifəsindən
Foto Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Facebook səhifəsindən

Sumqayıtda “Gənc Qalib” adlı hərbi-idman yarışı keçirilib. Bu haqda məlumat Sumqayıt Gəncləri rəsmi Facebook səhifəsində paylaşılıb.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi (GİKM) və Qızıl Aypara Cəmiyyətinin(QAC) Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş yarış 6 mərhələ üzrə 12 məntəqədə təşkil edilib.

Turnirdə müxtəlif sahələri təmsil edən gənclər təşkilatlarından ibarət komandalar iştirak edib.

Yarışda I-ci yeri QAC-in Sumqayıt bölməsinin “Aypara”, II-ci yeri Sumqayıt Gənclər Evinin “Zəfər”, III-cü yeri isə GİKM-in Sumqayıt nümayəndəliyinin “Uğur” komandası tutub.