Sumqayıtda 6 mərhələ üzrə 12 məntəqədə “Gənc Qalib” adlı hərbi-idman yarışı keçirilib. Birincilik Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi və Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsi tərəfindən birgə təşkil olunmuşdur.
44 günlük Vətən müharibəsinə həsr edilmiş yarışda şəhərin müxtəlif gənclər təşkilatlarından ibarət komandalar iştirak etmişdir.
Birinciliyin qalibi Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin “Aypara” olmuşdur. İkinci və üçüncu yerləri isə müvafiq olaraq Sumqayıt Gənclər Evinin “Zəfər” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin “Uğur” komandası tutmuşdur.
Qalib komandalar diplom, medal və hədiyyələr ilə təltif edilmişdir.