Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən 144 güzəştli mənzilin seçimi və satışı 17 avqust 11:00-da başlayaraq gün ərzində uğurla başa çatmışdır.
Mənzil seçimində 1131 nəfər iştirak etmiş və artıq 144 mənzildən 97-nin ərizələri vətəndaşlara təqdim edilib. 20 avqust 2021-ci il tarixində saat 11:00-dan gözləmə qaydasında mənzillərin seçimi başlanılacaq və 24 avqust 2021-ci il tarixi saat 11:00-da yekunlaşacaq.
Beləliklə, satış müddətində seçilmiş hər-hansı bir mənzil daha iki şəxs tərəfindən də ardıcıllıqla gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddətdə “Güzəştli mənzil” sistemində elektron kabinetinə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır.
Mənzilə baxış mərhələsində bir neçə vətəndaş eyni mənzilə baxış keçirə bilər. “Təsdiq et” düyməsini sıxan ilk 2 nəfər mənzili seçə bilər. Sonra istifadəçi seçdiyi mənzilin ərizəsini imzalayaraq təqdim etməlidir.
Mənzili seçmiş şəxs onu əldə edilmədiyi halda, həmin mənzil gözləmə qaydasında birinci sırada olan şəxsə təklif ediləcək. Həmin qaydada, əgər mənzil birinci sırada seçmiş şəxs tərəfindən də alınmasa, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək.