Sumqayıtda güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub

Total
0
Shares
Envato
Envato

Sumqayıtda Mehdi Hüseynzadə stadionunun şimal-şərqində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub.

Bu güzəştli mənzil layihəsi 2 hektar ərazini əhatə edəcək. Burada inşa olunan 11 bina 9, 12 və 16 mərtəbəli olacaq. Ümumilikdə 466 studio tipli, 2, 3 və 4 otaqlı mənzillər insanlara təklif olunacaq. Bu ərazidə 90 nəfərlik uşaq bağçası da tikiləcək.

Mənzillər tam təmirli təhvil veriləcəklər. Orada kombi isitmə sistemi, mətbəx mebeli olacaq. Həmçinin mənzillər su, elektrik və qazla təmin ediləcəklər. Mənzillər həm güzəştli ipoteka krediti ilə, həm də nağd vəsait hesabına satılacaqlar.