Sumqayıt şəhərinin müxtəlif yerlərində iməcilik işləri aparılır. Bu haqda bu gün 16 oktyabr tarixində Dünya TV məlumat paylaşıb.
Mənzil-Kommunal istismar sahələrinin əməkdaşları tərəfindən dəniz kənarında təmizlik işləri aparılıb. İşlər zamanı ərazidən toplanan tullantılar yığılıb. Oraya cəlb olunan xüsusi texnika vasitəsi ilə zibil ərazidən aparılıb.
Həmçinin, həftəsonu əməkdaşlar davamlı olaraq dezinfeksiya işləri görüblər. Bu səfər tibbi-profilaktik tədbirlər şəhərin mərkəzi məhəllə və mikrorayonlarında görülüb. Bu zaman binaların girişləri, orada olan pilləkanlar xüsusi məhlulla yuyulub. Daha sonra, həyətdə olan söhbətgahların oturacaqları da dezinfeksiya edilib.