Sumqayıtda havanın keyfiyyəti yoxlanılıb

Total
0
Shares
Envato
Envato

Sumqayıtda və ölkənin bir neçə iri şəhərində atmosfer havasının keyfiyyəti yoxlanılıb. Bu haqda Milli Hidrometeorologiya Xidmətinin saytında məlumat paylaşılıb.

Xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib ki, avtomatik stansiyaların göstəricilərinə görə, şəhər ərazisində havada tozun miqdarı norma daxilindədir, lakin hidrogen sulfidin (kükürd qazı) konsentrasiyası 1,5 dəfə normadan çoxdur.

Abbasova əlavə edib ki, 7 oktyabr tarixinədək hava yağıntılı və küləkli olacağından, çirkləndirici qaz qarışıqların səpələnəcəyi və havanın keyfiyyətinin qənaətbəxş olacağı gözlənilir.

Qeyd edək ki, sentyabr ayının ilk 10 günü ilə müqayisədə, atmosferdəki hidrogen sulfidinin miqdarı təqribən 2 dəfə azalıb.