Sumqayıtda Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə “Humanitar fənlər klubu” adlı təlim keçiriləcək. Görüş çərçivəsində məktəblilərə ixtisas seçimində dəstək göstəriləcək.
Heydər Əliyev Mərkəzinin 4-cü mərtəbəsində baş tutacaq seminarda Azərbaycan Dillər Universitetin 4-cü kurs tələbəsi, gənc könüllü Qəndab Məhərrəmova iştirak edəcək. Təlimin mövzusu məktəblilərə, abituriyentlərə ixtisas seçimində istiqamət verməkdir.
Həmçinin universitet imtahanına hazırlaşarkən nələrə diqqət etmək lazımdır, məlumatın daha yaxşı yadda saxlanılması üçün qeyd aparmaq üsullarından neçə istifadə etmək olar, motivasiyanı necə qorumaq mümkündür kimi mövzulara da toxunulacaq.
Təlim 8 oktyabr, saat 17:00-da keçiriləcək.