Sumqayıtda şəhid ailələri və qazilər üçün yeni qəsəbə tikilir

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Sumqayıtda Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və qazilər üçün yeni qəsəbə tikilməkdədir. Bu haqda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Sözügedən qəsəbə həmin Komitə tərəfindən inşa edilir və orada 1242 ailə məskunlaşa biləcək. Məlumata əsasən, qəsəbənin tikintisi 2021-ci ilin ortalarında başlayıb və 2022-ci ilin ortalarında tamamlanaraq, istifadəyə verilməsi gözlənilir.

Xatırladaq ki, 2019-2020-ci illərdə ağır vəziyyətdə yaşayan məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksləri də, Prezidentin tapşırığı ilə yuxarıda qeyd etdiyimiz kateqoriyadan olan insanlara verilib.