Sumqayıtda şəhid-kapitan Şahmar Quliyevin xatirəsinə bulağ inşa olunur

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Sumqayıtda 1-ci mikrorayon ərazisində “Vətən müharibəsi” şəhidi, kapitan Şahmar Quliyevin xatirəsinə bulaq inşa olunur.

28 yaşında şəhidliq zirvəsinə ucalan Şahmar müharibə zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 28 sentyabr tarixində həmin qəsəbədə şəhidlik zirvəsinə ucalıb.

Prezidentin sərəncamı ilə, Quliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə, həmçinin döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif olunub.

Ailəli və bir övladı olan şəhidimiz “II Fəxri Xiyaban”da torpağa tapşırılıb.

Foto Sumqayıt24
Foto Sumqayıt24