Sumqayıtda şəhid Təbriz Alməmmədovun xatirəsinə abidənin açılışı baş tutdu

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Bu gün, 11 noyabr tarixində Sumqayıtda 41-ci məhəllədə şəhid Təbriz Alməmmədovun xatirəsinə inşa edilmiş abidənin açılış mərasimi keçirilib. Mərasimində şəhidin yaxınları, doğmaları iştirak edib.

Təbriz Alməmmədov 1995-ci il noyabrın 28-də Sumqayıt şəhərində anadan olub. Sentyabrın 27-dən etibarən Vətən müharibəsində iştirak edib, lakin sentyabrın 29-da qəlpə yarası alıb. Hospitalda müalicə aldıqdan sonra yenidən döyüşlərə qatılıb. Təbriz noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Təbriz Alməmmədov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin və Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.

Təbriz Alməmmədov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.