Sumqayıtda şəhid Taleh Kərimovun abidəsinin açılışı olub

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda 10-cu mikrorayonda şəhid mayor Taleh Kərimovun xatirə abidəsinin açılışı olub. Açılışda şəhidin ailə üzvləri, yaxınları və Müdafiə Nazirliyinin əməkdaşları iştirak edib.

Taleh Kərimov 1985-ci il  6 mart tarixində Sumqayıt şəhərində anadan olmuşdur. O, Ali təhsilini 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) “Kəşfiyyatçı” ixtisası üzrə almışdır.

Şəhid mayor 2018-ci ilin mart ayından 2019-cu ilin noyabr ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Kəşfiyyat rəisi və Kəşfiyyat bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. 2019-cu ilin noyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin Qoşun Kəşfiyyatı İdarəsinin Planlaşdırma və Əlaqələndirmə şöbəsində xidmət edirdi.

“Qarabağ” ordeni , “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə ölümündən sonra təltif olunan Taleh Kərimov oktyabrın 30-da Qubadlı döyüşləri zamanı şəhid olmuşdur. O, Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir