5 dekabr tarixində, Sumqayıtda şəhid Vüqar İsmayılovun xatirəsinə inşa edilmiş xatirə bulağının açılış mərasimi baş tutub. Bu haqda Sumqayıt24-ün müxbiri xəbər verib.
Məlumata görə, bulaq şəhərin 10-cu mikrorayonunda, İsmayılovun ailəsinin hesabına inşa edilib. Açılışda şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.
Qəhrəmanımız Vüqar İsmayılov 2016-2020-ci illərdə Bakı Avrasiya Universitetinin Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Regionşünaslıq (ABŞ və Kanada) ixtisasında təhsil almışdır. O, 2020-ci il iyulun 28-i həqiqi hərbi xidmətə çağırılmış, oktyabrın 4-ü isə Suqovuşan döyüşündə şəhid olmuşdur. Vüqar ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.