Sumqayıtda şəhidlər Mahir Xələfli və Akif Cabbarovun xatirəsinə barelyeflər quraşdırılıb

Total
0
Shares
Foto Sumqayıt24.az
Foto Sumqayıt24.az

Sumqayıtda “Vətən müharibəsi” şəhidlərinin barelyefləri açılıb. Açılış mərasimində şəhidlərin yaxınları və doğmaları iştirak ediblər.

Barelyeflər Akif Cabbarovun və şəhərin ilk şəhidlərindən biri olan Mahir Xələflinin xatirəsinə yaşadıqları məhəllədə quraşdırılıb.

Mahir müharibənin ilk günündə Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ölümündən sonra o, “Vətənə uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Akif müharibəyə sentyabr ayının sonlarında yollanımışdır. O, 25 oktyabr tarixində Füzulinin Alıxanlı kəndində şəhid olub. Ölumündən sonra o, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Hər iki şəhid Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

Foto Sumqayıt24.az
Foto Sumqayıt24.az
Foto Sumqayıt24.az
Foto Sumqayıt24.az