Sumqayıtda Şəhidlər xiyabanında “Zəfər anı” heykəli ucaldılıb

Total
0
Shares
Foto sumqayit-ih.gov.az
Foto sumqayit-ih.gov.az

Sumqayıtın Şəhidlər xiyabanında Azərbaycan əsgərinə və “Zəfər günü”nə həsr edilmiş yeni abidə ucaldılıb. Abidənin müəllifi əməkdar rəssam Azad Əliyevdir.

Sumqayıt24-ün məlumatına görə, burada, xiyabanın girişində quraşdırılmış yeni heykəl “Zəfər anı” adlanır. Həmçinin onun yanında, hündürlüyü 30 metrə çatan bayraq dirəyi də ucaldılıb.

Qeyd edək ki, Şəhidlər xiyabanında aparılan yenidənqurma işlərinin 8 Noyabr – Zəfər Gününə qədər yekunlaşması nəzərdə tutulub və çox guman ki həmin heykəlin və dirəyin açılışı məs o gün baş tutacaq.

Foto Sumqayıt24
Foto Sumqayıt24