Sumqayıtda şəhidlərin anım mərasimi keçirilib

Total
0
Shares
Foto Sumqayıt şəhər İcra Hakimiyyəti
Foto Sumqayıt şəhər İcra Hakimiyyəti

Sumqayıtda şəhidlər Vüsal Allahverdiyev, Emil İsgəndərov və Səbuhi Həsənquliyevin anım mərasimləri keçirilib. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyəti saytında məlumat yayıb.

Mərasimdə şəhid ailələri, qazilər və onların yaxınları, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi, general-mayor Natiq Qarayev, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhid Vüsal Allahverdiyev ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid Səbuhi Həsənquliyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid gizir Emil İsgəndərov ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.