Sumqayıtda “Hiper” və “Səda Store” ticarət mərkəzlərində yoxlamalar aparılıb

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Sumqayıtda iri ticarət mərkəzlərində monitorinqlər keçirilib. Yoxlamalarda İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edib.

Şəhərin 10-cu mikrorayonunda yerləşən “Hiper” ticarət mərkəzində aparılan monitorinq zamanı orada bir nəfər koronavirus xəstəsi aşkar olunub. Həmçinin, buraya gələn müştərilərin Covid-pasportları yoxlanılmadığı üçün mərkəzin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Bənzər hadisə “Səda Store” ticarət mərkəzindədə qeydə alınıb. Aparılan reyd zamanı burada koronavirusa yoluxmuş şəxsin alış-veriş etdiyi məlum olub. Mərkəzin faəliyyəti dezinfeksiya işlərinn aparılması üçün dayandırılıb.

Hər iki sahibkar barədə cinayət işi açılıb.