Sumqayıtda “I Sumqayıt Kitab Sərgisi” keçiriləcək

Total
0
Shares
Foto Az-neshriyyatın Facebook səhifəsindən
Foto Az-neshriyyatın Facebook səhifəsindən

30-31 oktyabr tarixlərində Sumqayıt Dövlət Dram Teatrında  “I Sumqayıt Kitab Sərgisi” (ANİB-2021) keçiriləcək. Bu haqda Azərbaycan Nəşriyyatları İctimai Birliyinin(ANİB) rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.

ANİB-nin təşkil etdiyi sərgidə ölkənin 20-dən artıq tanınmış nəşriyyatı iştirak edəcək. Orada bütün kitablara 50%-dək endirim tətbiq olunacaq. Həmçinin, məşhur şair və yazıçıların da iştirakı ilə imza günləri, təqdimatlar və şeir gecələrinin keçirilməsi gözlənilir.

Saat 10:00-dan 19:00-dək davam edəcək sərgiyə giriş sərbəstdir.

25 oktyabr, 09:12

Sərginin keçiriləcəyi yer dəyişdirildi. Belə ki, sərgi Kimyaçılar Mədəniyyət Sarayında baş tutacaq