Sumqayıtda ictimai nəqliyyatda ödənişlə bağlı yaranan problemlərin səbəbi proqram təminatıdır. Bu haqda “Sumqayıt Nəqliyyat -1” MMC-dən Xeberle.com-a açıqlama verilib.
Agentliydən bildiriblər ki, validatorlar (ödəniş aparatları) Rusiyada istehsal olunur və kodlaşdırma işləri də orada aparılır. Həmçinin, indiyədək 100 mindən çox kart satılıb və onların bir qismində müəyyən problemlər yaranıb. O zaman həmin kartların şəkilləri istehsalçıya göndərilir və kartlar yenidən kodlaşdırılaraq istifadəyə verilir. Əgər ki mövcud problemlər həll olunmursa kartlar yeniləri ilə əvəz edilir.