Sumqayıtda yerləşən bir sıra idman zallarında reydlər keçirilib. Yoxlamalar Gənclər və İdman baş idarəsinin və İcra Hakimiyyətinin təşkilatçılığı ilə 19 avqust tarixində baş tutub.
Reyd zamanı idman zallarında pandemiya qaydalarına riayət olunub-olunmaması yoxlanıldı. Məşqçilərlə profilaktik söhbətlər aparılıb. Onlara pandemiya şəraitində müştərilərin zallara buraxılma qaydası başa salındı. İdman zalına gələn insanlardan Covid-19 pasportu və virusa qarşı immunitet sertifikatı tələb edilməli, daha sonra onların hərarəti ölçülməli və əlləri dezinfeksiya edilməlidir.
Operativ qərargahın qərarı ilə idman zalları 10 iyun 00:00-dan etibarən fəaliyyətlərini bərpa etmişdir.