Sumqayıt şəhərində iki nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda bu gün, 21 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat paylaşıb.
FHN-nin qaynar xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları vətəndaşlara köməklik göstəriblər.