Sumqayıtda ikimərtəbəli mebel mağazasında yanğın baş verib

Total
0
Shares
Depositphotos
Depositphotos

Sumqayıtda ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli mebel mağazasında yanğın baş verib. Bu haqda Sumqayıt24 Fövqəladə Halla Nazirliyinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, mağazının 2-ci mərtəbəsində 2 ədəd yataq mebel dəsti 50 kv.m sahədə və döşəmə 20 kv.m sahədə yanıb.

Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölmələri tərəfindən alov söndürülüb. Mağazanın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.