Sumqayıtda iri ticarət obyektlərinin sahibləri cərimələniblər

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və polis əməkdaşları “Araz” supermarket və “Gold Qayalı” ticarət mərkəzində reydlər keçiriblər.

9-cu mikrorayonda yerləşən “Araz” supermarketdə və 10-cu mikrorayonda fəaliyyət göstərən “Gold Qayalı” ticarət mərkəzində işləyən satıcıların və müştərilərin covid pasportu yoxlanılıb. Yoxlama zamanı adıçəkilən obyektlərdə karantin qaydalarına pozulması faktı aşkarlanıb. Obyekt sahiblərinin hər biri 4000 manat məbləğində cərimələniblər.

Daha öncə, saytımızda “Hiper” və “Səda Store” ticarət mərkəzlərində aparılan monitorinqlər barəsində məlumat vermişdik.