Bu gün 13 oktyabr tarixində kəşfiyyatçı şəhid Azər Salmanovun xatirəsinə həsr olunmuş barelyefin açılışı keçirilib. Bu barədə YAP Sumqayıt şəhər təşkilatı məlumat yayıb.
Açılış mərasimində YAP Gənclər Birliyinin sədr müavini Sevinc Qasımova, YAP Sumqayıt şəhər təşkilatının əməkdaşları və siyasi fəallar iştirak ediblər.
Salmanov Azər oktyabrın 28-də Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda” mədalı ilə təltif olunub.
Həmçinin, bu gün YAP Sumqayıt şəhər təşkilatının əməkdaşları tərəfindən 1-ci Qarabağ müharibəsi şəhidi Müşfiq Qafarov Aydın oğlunun xatirəsinə tikilən bulağın və xatirə abidəsinin ətrafı təmizlənib.