Sumqayıtda çökən yolun təmiri yekunlaşmaq üzrədir

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıt şəhərinin Azərbaycan və Heydər Əliyev prospektlərinin kəsişməsində çökən yolun təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Bu barədə bu gün, 27 oktyabr tarixində Sumqayıt-24-ün müxbiri məlumat verib.

Əldə edilən məlumata görə, həmin yerdə kanalizasiya boruları yenilənib. Qazılmış çuxur gətirilən qumla doldurulur. Yol hələ də qoruyucu lentlərlə bağlıdır və burada avtomobillərin hərəkəti qadağandır. Təmir işlərinin yaxın günlərdə başa çatması gözlənilir.

19 oktyabr tarixində prospektlərin kəsişməsində səkinin bir hissəsi çökmüşdür.

Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24