Sumqayıt şəhərinin Bakı küçəsindəki yol təmirə bağlanılıb. Həmin yerdə kanalizasiya borularında problemlər yaranıb. Bu barədə bu gün, 22 sentyabr tarixində Sumqayıt24-ün müxbiri məlumat verib.
Hazırda işlər “Bazarstore”un önündə ki yolda aparılır. Əraziyə çoxlu sayda texnika (ekskavatorlar, traktorlar) və insan güvvəsi cəlb olunub. Onlar burada quyu qazaraq boruları yeniləri ilə əvəz edirlər. Quyu isə çirkab sular ilə dolub.
Burada avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Daha öncə, yaxınlıqda yerləşən “Lüdviqshafen” (alman) parkında aparılan abadlıq işləri barədə məlumat vermişdik.