Sumqayıtda kanalizasiya quyularının təmizlik işləri davam edir

Total
0
Shares
Foto Sumqayıt24.az
Foto Sumqayıt24.az

Sumqayıtda kanalizasiya quyularının çirkab tullantılarından xüsusi texnika ilə təmizlənməsi davam etdirilir.

Şəhərin 1-ci məhəlləsində yerləşən 2, 3 və 5 saylı binaların qarşısında yerləşən quyular yuma maşını vasitəsi ilə təmizlənib. Təmizlik işləri Kamran Hüseynov küçəsində də aparılıb.

Həmçinin, 9-cu mikrorayonda yerləşən “Araz” marketin önündə aparılan işlər hal-hazırda davam edir.

Təmir-bərpa işlərinə xüsusi texnika və çoxlu sayda əməkdaş cəlb olunub.