Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində kanalizasiya quyuları təmizlənib. Bu haqda Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.
İdarənin əməkdaşları 23 və 27 saylı binalarda təmizlik işləri görüblər. Əraziyə cəlb olunmuş xüsusi yuma maşını ilə kanalizasiya quyuları yuyub və çirkab tullantılarından təmizlənib.