Sumqayıtda “Kapital Bank Arena”nın akt zalında şəhid övladları tədbirdə iştirak ediblər

Total
0
Shares
Foto Sumqayıt FK
Foto Sumqayıt FK

Sumqayıtda “Kapital Bank Arena”nın akt zalında şəhid övladları ilə görüş keçirilib. Bu haqda məlumat “Sumqayıt” FK-nun İnstagram səhifəsində paylaşılıb.

Klubun təşkil etdiyi, Şəhər Təhsil Şöbəsi, Kontakt Home və Pizza İNN restoranlar şəbəkəsinin dəstəyi ilə keçirilən görüşdə 30-dan artıq şəhid övladları iştirak ediblər. Tədbir 1 dəqiqəlik sükutla başlanılıb, daha sonra isə musiqili proqramla davam edib.

Görüşün sonunda iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib və onlarla xatirə şəkili çəkdirilib.