Sumqayıtda keçirilən “Bilik” intellektual oyunun qalibləri məlum olub

Total
0
Shares
Foto Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Facebook
Foto Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Facebook

Sumqayıtda Gənclər və İdman Baş İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Bilik” intellektual oyunun qalibi məlum olub. Yarış 8 sentyabr tarixində keçirilib.

44 günlük Vətən müharibəsinə həsr olunmuş oyunda Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Bölməsi qalib gəlib. 8 komandanın iştirak etdiyi bilik yarışında  ikinci yeri Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər nümayəndəliyi, üçüncü yeri isə Sumqayıt Könüllü Cəmiyyətinin komandası tutub. Qalib komandalara kubok, medal, hədiyyə və diplomlar təqdim olunub.

Qeyd edək ki, keçirilən oyunun məqsədi 44 günlük vətən müharibəsinin təbliği, şəhidlərimizin unudulmaması, iştirakçıların vətənpərvərlik hisslərinin yüksəldilməsi və dünya görüşünün artırılmasıdır.