Sumqayıt Kimya Sənaye Parkının sayca 17-ci rezidenti olan “Azmonbat” MMC-nin açılışı olub.
Burada ildə 800 min ədəd akkumulyator utilizasiya etmək mümkündür, ondan isə 4,5 min ton gübrə və 15 min ton qurğuşun əldə etmək olar. Həmçinin, müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası əhəmiyyətli ekoloji layihədir. Müəssisədə istehsal olunan məhsullar Türkiyə, Bolqarıstan və MDB ölkələrinə də ixrac ediləcək.