Sumqayıtda “Kotec” qəsəbəsində ki yol dağılıq vəziyyətdədir

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda 4 saylı Polis Bölməsinin arxasındakı yol pis vəziyyətdədir. Bu haqda Sumqayıt24-ə orada yaşayan vətəndaşlar bildiriblər.

Həmin problem “Kotec” qəsəbəsi, Yusif Məmmədəliyev küçəsinin sakinlərini uzun illərdir ki narahat edir. Onların sözlərinə görə, burada yay-qış demədən gölməçələr və palçıq yaranır. Yağış yağan zaman isə bu hal daha da gərginləşir.

İnsanlar və avtomobillər bu yolla getməməkdə çətinlik çəkirlər. Lakin ərazidən keçən başqa yolun olmadığından onlar bura ilə getməyə məcbur qalırlar.

Qeyd edək ki, ərazidən əvvəllər kanalizasiya suları üstü açıq şəkildə axırdı, lakin sonradan üzərisinə torpaq tökülərək problem həll edilib.

Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24