Sumqayıtın “Kotec” qəsəbəsində yollar pis vəziyyətdədirlər. Bu problem ilə əlaqədar qəsəbənin sakinləri Sumqayıt24-ə müraciət ediblər.
Yerli əhalinin dediyinə görə, “Kotec”in Çexov küçəsində yollarda asfalt dağılıb və çalalar yaranıb. Onun üstü qum ilə örtülsədə problem tam olaraq aradan qaldırılmayıb. Bu ərazidən avtomobillər keçə bilmir. Həmin yerə taksi sürücüləri bu çökəkliklər səbəbindən gəlmir.
Adıçəkilən küçənin 50 metr uzaqlığında Qorki küçəsi keçir. Bu küçənində sakinləri eyni məsələdən narazıdırlar. Burada yağış yağan zamanı çökəkliklər su ilə dolur və böyük gölməçələr yaranır. İnsanlar bu yolu keçməkdə çətinlik çəkirlər.