Sumqayıtda 9-cu mikrorayon ərazisində yerləşən Lüdviqshafen (alman) parkında təmir işləri aparılır. Parkda kanalizasiya boruları dəyişdirilir.
Burada istismar müddəti keçmiş kanalizasiya boruları çıxarılır, əvəzinə isə yeni borular qoyulur. Təmir işlərinə çox sayda canlı işçi qüvvəsi və texnika cəlb olunub.
Ərazidə olan işçilər Sumqayıt24-ün müxbirinə verdiyi məlumata əsasən işlər 2 ay müddətinədək uzana bilər. Vətəndaşların parka girişi müvəqqəti olaraq məhdudlaşdırılıb.
Bundan əvvəl, adı çəkilən parkın önündə ki yolda yeraltı boruların dəyişdirilməsi səbəbindən bir tərəfli avtomobil hərəkəti məhdudlaşdırılmışdır.