Sumqayıtda Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirildi

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Sumqayıtda Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Bu haqda Dünya TV-ya istinadən xəbər veririk.

Tədbirdə çıxış edən Mərkəzin rəhbəri Gündüz Əliyev bildirib ki, qısa zaman ərzində 20 nəfər şəhid ailəsi və qazi müxtəlif sahədə işlə təmin olunub və onların bir sıra problemləri həll edilib.

Həmçinin, millət vəkili Müşviq Məmmədli qeyd edib ki, sözügedən kateqoriyaya aid olan əhalinin işlə təmin olunmasında yaranan problemlər aradan qaldırılmalıdır. Çıxışda bir sıra məsələlər qaldırılıb və bir çoxu yerindəcə həll edilib. Həlli tapılmayan müraciətlər adiyyəti qurumlara çatdırılması üçün nəzarətə götürülüb.

Daha öncə, Əlaqələndirmə Mərkəzinin rəhbəri şəhid polkovnik-leytenant Ramiz Cəfərovun anasını ziyarət ediblər.