Sumqayıtda əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış sərgisi keçiriləcək

Total
0
Shares
Foto Sumqayıt Gənclərin İnkişaf və Karyera Mərkəzinin Facebook-undan
Foto Sumqayıt Gənclərin İnkişaf və Karyera Mərkəzinin Facebook-undan

5 noyabr tarixində Sumqayıt şəhər Gənclər evində əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış sərgisi keçiriləcək. Bu barədə Sumqayıt Gənclərin İnkişaf və Karyera Mərkəzi məlumat yayıb.

Tədbirdə 10-a yaxın sənət növü və 800-ə yaxın əl işi nümayiş olunacaq (xalçaçılıq, toxuculuq, bədii tikmə, muncuqlarla bəzək əşyaları, dərzilik, ağac üzərində oyma, yağlı boya, vitraj boya, dulusçuluq və s.). Bütün əsərlər peşə-əmək reabilitasiyası mərkəzinin yetirmələrinin əl işləridir.

Tədbir ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin, “Sağlam Düşüncə” Gənclər Təşkilatı İB-nin, Sumqayıt şəhər Gənclər Evinin və GİKM-in Sumqayıt nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Sərgi saat 11:00-dan 16:00-a qədər Sumqayıt şəhəri, S.Vurğun küçəsində baş tutacaq.