Sumqayıtda 44 günlük Vətən müharibəsinə həsr olunmuş məktəblilərarası “Xəmsə” intellektual oyununa start verilib.
Yarışın A qrupunda oyunlar 15, 17, 24, 41 nömrəli məktəblər arasında baş tutub.
Finalda 24 nömrəli məktəbi təmsil edən “Qarabağ” komandası 2900 xalla 1-ci yerə,
17 nömrəli məktəbi təmsil edən “Dəmir Yumruq” komandası isə 2-ci yerə layiq görülüb.
Qeyd edək ki, yarış Sumqayıt şəhər Təhsil Şöbəsi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.