Sumqayıtda 19 dekabr tarixində Gənc Pedaqoqların İnkişaf Forumu baş tutacaq. Bu haqda Pedaqoq.az məlumat yayır.
Keçiriləcək ilk böyük forumda 11 spiker iştirak etdəcək:
- Könül Quliyeva
Mövzusu: “Müəllimin səlis nitqi”;
- Bəhmən Qüdsi
Mövzusu: “Başı var, həm də oxuyur”;
- Sevinc İntiqamqızı
Mövzusu: “Şagird kouçu və müəllim”;
- Hüseyn Xəlilov
Mövzusu: “Məktəb, ailə və cəmiyyət üçbucağı”;
- Tofiq Sadıxov
Mövzusu: “Sevgi, təhsil, dürüstlük”;
- Gülşən Eminova
Mövzusu: Sinfin idarəedilməsində universal təlim dizaynından istifadə”;
- Ramil Süleymanov
Mövzusu: ” Müəllimlərin karyera quruculuğu”;
- Qoşqar Məhərrəmov
Mövzusu: “Müəllim, transformasiyaların qısqacında”;
- Taryel Faziloğlu
Mövzusu: “Yeniyetmələrin kimlik axtarışı”;
- Vüsalə Ağahüseynova
Mövzusu: “Pedaqoji prosesdə kouçluğun təşkili metodikası”;
- Nuray Əliyeva
Mövzusu: “Yeni nəsil müəllim”.
Saat 10:00-dan 14:00-dək davam edən forumda iştirak etmək üçün öncədən qeydiyyatdan keçmək lazımdır. İştirak üçün COVİD-19 pasportu mütləqdir. Maraqlanan şəxslər məlumat üçün +99477-498-02-21 nömrəsinin “Whatsapp”-ına müraciət edə bilərlər.