Sumqayıtda mərkəzi prospektlərdən birində səkilərin örtüyü yenilənir

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtın mərkəzində, Azərbaycan və Heydər Əliyev prospektlərinin kəsişməsində piyadalar üçün nəzərdə tutulmuş səkilər təmir olunur. Bu haqda Sumqayıt24-ün müxbiri xəbər verib.

Şəhər İcra Hakimiyyətinin binasının yaxınlığında, Mərkəzi poçt tərəfdə səkilərin örtüyu yenilənir. Burada olan piltələr çıxarılıb və yaxın zamanda yeniləriylə əvəz ediləcək. Həmin yerdə piyadaların hərəkət etməsi qısa müddətlik məhdudlaşdırılıb.

Bundav əvvəl, Səməd Vurğun küçəsinin Mehdi Hüseynzadə adına stadionundan keçən hissəsində səki və pilləkanlarda təmir işləri aparılıb.

 

Foto Sumqayıt24
Foto Sumqayıt24