Sumqayıtda “Milli qəhrəman” Şükür Həmidovun həsr olunmuş memorial kompleks inşa olunur

Total
0
Shares
Foto açıq mənbələrədən
Foto açıq mənbələrədən

Sumqayıtda şəhid – Şükür Həmidovun xatirəsinə memorial kompleks inşa olunur. O, son 17 il ərzində sağlığında “Milli Qəhrəman” adına layiq görülmüş yeganə şəxs idi.

Sumqayıt24-ə verilən məlumata görə, 45 yaşında şəhidlik zirvəsinə ucalan polkovnikin adını dayışan kompleks 40-cı məhəllədə inşa olunur. Burada, abadlıq və yaşıllaşdırma işləri aparılır.

Şükür Həmidov 1993-cü ildə, ailəsi ilə birlikdə Qubadlıdan Sumqayıta köçmuşdür və həyatını burada davam etdirmişdir. O, “Aprel döyüşləri”ndə və “Vətən müharibəsi”ndə böyük cəsarətlə vuruşmuşdur.

II Fəxri xiyabanda dəfn edilmiş şəhidimiz ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda” və “Füzulinin, Cəbrayılın və Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, Həmidov haqda “Aprel yüksəkliyi” adlı kitab və eyni adlı film də işıq üzü görüb.

Foto Sumqayıt24
Foto Sumqayıt24