Sumqayıtda minik avtomobil yanıb. Bu haqda bu gün, 8 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında xəbər paylaşılıb.
Məlumata əsasən yanğın “Opel” markalı avtomobildə baş verib. Nəticədə nəqliyyat vasitəsinin arxa hissəsi və 2 ədəd təkəri yanaraq yarasız vəziyyətə düşüb.
Yanğın hadisə yerinə cəlb olunan FHN əməkdaşları tərəfindən söndürülüb. Avtomobilin qalan hissəsi alovdan mühafizə olunub.