Sumqayıtda musiqi məktəblərində tədbirlər keçirilib və fərqlənən bir neçə müəllim Fəxri fərman ilə təltif olunub. Bu haqda Sumqayıt Regional Mədəniyyət İdarəsi xəbər yayıb.
Tədbirlər F.Əmirov adına 5 nömrəli və Q.Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəblərində, həmçinin, S.Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbində təşkil olunub.
Belə ki, İdarənin rəisi Rəşad Əliyev qurum tərəfindən elan edilən “Ən yaxşı qısa film” müsabiqəsinin qaliblərinə diplom və hədiyyələr təqdim edib. Müsabiqə yaradıcı və istedadlı şəxslərin müasir texnologiyalar vasitəsi ilə öz ideyalarını geniş auditoriyalara çatdıra bilmək vərdişlərinin formalaşdırılması və bu sahədə bacarıqlarının daha da inkişaf etdirilməsi məqsədilə təşkil olunub.
Daha sonra, İdarə rəisi Heydər Əliyevin “Mən dünyada müəllimdən yüksək ad tanımıram” ifadəsini də xatırladıb.