Sumqayıtda narkotik satan və təbliğ edən 1 nəfər saxlanılıb

Total
0
Shares
Foto DİN-nin youtube kanalından
Foto DİN-nin youtube kanalından

Sumqayıtda narkotikin təbliği və dövriyyəsiylə məşğul olan şəxs saxlanılıb.

Sumqayıt sakini Elçin Məmmədov sosial şəbəkələrdə, həmçinin müxtəlif vasitələrlə gənclərə və qadınlara narkotikin “faydaları” haqda fikirləri təbliğ edirdi. Onun üzərinə baxış zamanı metamfetamin (“patı”), 50 qrama yaxın heroin və elektron tərəzi aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bənzər hadisə 20 avqust tarixində baş vermişdir. O zaman, Sumqayıtda narkotik dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılmışdır. Onların üzərində 30 qramdan artıq metamfetamin (“patı”) və 26 qrama yaxın heroin aşkar edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir