Sumqayıtda Gənclər Evinin təşkilatçılığı ilə “Necə xoşbəxt ailə olaq?” mövzusunda psixoloji təlim keçiriləcək. Bu barədə Sumqayıt Gənclər Evinin rəsmi İnstagram səhifəsində məlumat paylaşılıb.
“Zoom” mobil tətbiqi vasitəsilə təşkil olunacaq vebinarda Sumqayıt Gənclər evinin psixoloqu, təlimçi Gülnar Yusifova iştirak edəcək.
Görüş 12 oktyabr saat 20:00-da baş tutacaq.
İştirak etmək üçün WhatsApp qrupuna daxil ola bilərsiniz.