Sumqayıtda “Niva” markalı avtomobili oğurlayan şəhər sakinləri saxlanılıblar

Total
0
Shares
Depositphotos
Depositphotos

Sumqayıtda avtomobil oğurlayan şəxslər saxlanılıb. Bu haqda bu gün, 13 sentyabr tarixində Xeberle.com məlumat yayıb.

4-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı 27 avqust tarixində T.Həşimova aid “Niva” markalı avtomobili oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş şəhər sakinləri E.Əliverdiyev və S.Baqiri tutulublar.

Faktla bağlı araşdırma aparılır.