Sumqayıtda “Nizami Gəncəvi ili”nə həsr olunmuş yarış keçirilib

Total
0
Shares
Foto heydaraliyev_centers.az
Foto heydaraliyev_centers.az

Sumqayıt Heydər Əliyev Mərkəzində “Sirlər Xəzinəsi” adlı bilik yarışı keçirilib.

Breyn-rinq formatında baş tutan yarışda 16-25 yaş arası gənclərdən ibarət komandalar iştirak ediblər. I yerə Qızıl Aypara Cəmiyyətinin “Aypara”, II yerə Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər nümayəndəliyinin “Super Nova”, III yerə isə 11 və 41 nömrəli tam orta məktəblərin  “Golden” və “Zəfər” komandaları layiq görülüblər.

Qalib komandalar Baş İdarənin kubok, fəxri fərman, medal və hədiyyələri ilə təltif edilib.

“Nizami Gəncəvi ili”nə həsr olunmuş yarış Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil edilib.