Sumqayıtda oğurluq edə bilməyən şəxs obyekti yandırıb

Total
0
Shares
Depositphotos
Depositphotos

Sumqayıt şəhərinin 4-cü məhəlləsində naməlum şəxs qarət edə bilmədiyi mağazanı yandırıb. Bu haqda APA 22 sentyabr tarixində məlumat yayıb.

17 sentyabr gece saatlarında naməlum şəxs oğurluq etməyə cəhd edib. Bu zaman o, obyektdə quraşdırılmış müşahidə kamerasına düşüb. Mağazanın icarədarının sözlərinə görə, ona 10.000 manata yaxın ziyan dəyib.

Daha öncə, həmin şəxs 6 sentyabr tarixində “Dönər evi”nin qapısını sındıraraq içəri girərək orada olan ərzaq məhsulları və 500 manata yaxın pulu götürmüşdür. Bundan sonra isə yaxınlıqda olan kiçik ərzaq mağazasının plastik qapısını açaraq ora daxil olmağa cəhd etmişdir. Lakin, istəyinə nail ola bilmədikdə onu yandıraraq, ərazini tərk etmişdir.

Faktla bağlı araşdırma aparılır və naməlum şəxsin tapılması üçün axtarış tədbirləri keçirilir.