Sumqayıtda Peşə Təmayüllü şagirdlər “Açıq Qapı Günü”nə qatılıblar

Total
0
Shares
Foto sumqayit_xidmet_saheleri_ptm
Foto sumqayit_xidmet_saheleri_ptm

Sumqayıtda Peşə Təmayüllü siniflərin şagirdləri üçün “Açıq Qapı Günü” elan edilib. Bu haqda Sumqayıt24 Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin İnstagram səhifəsinə istinadən xəbər verir.

Sözügedən Mərkəzdə baş tutan “Açıq Qapı Günü”ndə 29 saylı tam orta məktəbin Peşə Təmayüllü şagirdləri iştirak ediblər. Qeyd edək ki, infotur zamanı həmin şagirdlərə peşə təhsilinin effektivliyi və onun vasitəsi ilə əmək bazarına inteqrasiyanın əlçatanlığı haqqında məlumat verilib. Həmçinin, onlar Mərkəzdə tədris edilən ixtisaslar, peşəkar kadrlar və təlim-tədris prosesi ilə tanış olublar.